Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin sentyabr konfransı

09 sentyabr 2015 | 15:00

Rayon təhsil işçilərinin sentyabrın 9-də rayon Mədəniyyət sarayında keçirilən ənənəvi konfransının qayəsini təşkil etmişdir.
      Konfransdan öncə tədbir iştirakçıları şəhər mərkəzindəki Heydər Əliyev adına parka gələrək burada ümummilli liderin abidəsini ziyarət etmiş, abidənin önünə gül  dəstələri düzmüşlər.Konfrans öz işinə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.Konfranslararası müddətdə dünyasını dəyişən təhsil işçilərinin xatirəsi ehtiramla yad olunmuşdur.  Tədbirdə Təhsil Problemləri İnstitutunun şöbə müdiri Elxan Bəylərov iştirak  etmişdir.
     Rayon təhsil şöbəsinin müdiri  Manaf Səmədzadə “2014-2015-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi ilə çıxış etmişdir.Məruzə ətrafında çıxışlar olmuşdur.
   Tədbirdə   rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxışında təhsilə dövlət qayğısından danışaraq bu sahədə görülən işləri dəyərləndirmişdir.İcra başçısı, həmçinin, təhsilin problemlərindən danışarkən yuxarı siniflərdə qızların dərsdən yayınması məsələsinin və məktəb yaşlı qızların erkən nikaha cəlb olunması hallarının yolverilməz olduğunu bildirmiş, bu istiqamətdə maarifləndirici tədbirlərin gücləndirilməsinə diqqətin yönəldilməsinin əhəmiyyətini vurğulamışdır.
     Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına müraciət qəbul olunmuşdur

Keçidlər