"Bilik günü" qeyd olundu.
15 sentyabr 2015-ci il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində “Bilik günü” münasibəti ilə tədbir keçirildi.
RİH-nin başçısı Sevindik Hətəmov rayonun Gərsava kənd ümumi orta məktəbində “Bilik günü” münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak edərək bu münasibətilə şagird və müəllimlər təbriklərini çatdırmışdır. Natiq çıxışında qeyd etmişdir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları proqramının bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyat keçirildiyini bildirdi, respublikamızda yeni məktəb binalarının tikintisinin geniş vüsət aldığını, tədrisin maddi-texniki bazasının getdikcə möhkəmləndiyini, şagirdlərin daha savadlı və sağlam böyüməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırdı, yeni dərs ilində pedaqoji və şagird kollektivinə müvəffəqiyyətlər arzuladı.