2023-cü ildə Yardımlıda əhaliyə göstərilən ödənişli xidmətlər 23,3 faiz artıb.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü ildə Yardımlıda əhaliyə göstərilmiş ödənişli xidmətin ümumi həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 23,3 faiz artaraq 24273,0 min manat olmuşdur. Əhaliyə hüquqi şəxslər tərəfindən 4230,0 min manatlıq, fiziki şəxslər tərəfindən isə 20043,0 min manatlıq müxtəlif sahələr üzrə ödənişli xidmətlər göstərilmişdir. 2022-ci ilə nisbətən məişət xidmətinin ümumi həcmi 467,0 min manat, artaraq 3182,0 min manat olmuşdur.
2023-cü ilin ərzində ictimai iaşə sahəsi üzrə əhaliyə 3190,0 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da 2022-ci illə müqayisədə real ifadədə 31,2 faiz artım deməkdir.
2023-cü ildə rayonda 4 mehmanxana və mehmanxana tipli müəssisə qeydiyyatda olsa da onlardan 3 müəssisə kiçik sahibkarlıq subyekti kimi əsas fəaliyyət növü üzrə xidmət göstərmişdir.
Mehmanxanalarda yerləşdirilmiş bütün şəxslər Azərbaycan vətəndaşlarından ibarət olmuşdur.