Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ildə Yardımlıda ticarət dövriyyəsi üzrə əsas göstəricilər.

30 yanvar 2024 | 14:38

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü il ərzində Yardımlı rayonunda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 86850,5 min manatlıq, o cümlədən 41105,9 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 45744,6 min manatlıq qeyri-ərzaq malları satılmışdır.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin əvvəlindən pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 104,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 87,5 faiz, qeyri-ərzaq malları üzrə isə 126,2 faiz təşkil etmişdir. İstehlak məhsullarının dəyər ifadəsində 8,4 faizi ticarət müəssisələri, 91,6 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
2023-cü ilin sonuna pərakəndə ticarət şəbəkələrində əmtəə qalığı 8442,1 min manat təşkil edir ki, bunun da 819,3 min manatı və ya 9,7 faizi hüquqi şəxslərin, 7622,8 min manatı və ya 90,3 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payına düşür.
Ölkə üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Yardımlı rayonunun payı  0,2 % təşkil edir. Satılmış  malların 47,3 faizi  ərzaq, içkilər və tütün  məmulatları,   52,7 faizi  isə qeyri-ərzaq malları olmuşdur.
2023-cü ilin əvvəlindən qeyri-dövlət mülkiyyətinə aid hüquqi şəxs statuslu statistik subyektlər üzrə 4870,9 min manatlıq, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar üzrə 179,3 min manat olmaqla cəmi 5050,2 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1559,4 min manat çoxdur.

Keçidlər