2024-cü ildə Yardımlı rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ildə Yardımlıda istehsalın əsas sahələrində faktiki qiymətlərlə 110212,0 min manatlıq məhsul buraxılmışdır. Sənaye sektorunda məhsul buraxılışı 6359,8 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 66250,6 min manat, tikinti sektoru üzrə 8417,4 min manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 1526,1 min manat, informasiya və rabitə sahəsi üzrə 453,1 min manat, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 27205,0 min manat olmuşdur. Fiziki həcm indeksi sənaye sektoru üzrə 112,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 98,7 faiz, tikinti sektoru üzrə 142,2 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 57,9 faiz, informasiya və rabitə sahəsi üzrə 69,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 96,5 faiz təşkil etmişdir. Buraxılmış məhsulun 3,7 faizi dövlət, 96,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərin payına düşür.
Məhsul buraxılışının ümumi həcmində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin payı 60,1 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 24,7 faiz, sənaye sahəsi üzrə 5,8 faiz, tikinti sahəsi üzrə 7,6 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,4 faiz, informasiya və rabitə sahəsi üzrə isə 0,4 faizdir.