Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilin yanvar-iyun aylarında Yardımlı rayonunda iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

11 sentyabr 2024 | 09:42

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin yanvar-iyun aylarında Yardımlı rayonu üzrə muzdlu işçilərin sayı 4461 nəfər olmuş, onlardan 3364 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1097  nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Faktiki işləmiş işçilərin sayından 1282 nəfəri qadınlar olmaqla 43,5 faizi təhsil, 19,5 faizi  ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, qalanı isə iqtisadiyyatın müxtəlif sahələri üzrə çalışanlardır.
2024-cü ilin yanvar-iyun ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz artaraq  597,6 manat olmuşdur.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, digər sahələrdə xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxarın istehsalı eləcə də təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Keçidlər