URAKƏRAN KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ
16 sentyabr 2015-ci il tarixdə saat 11:00-da 112 abonetdən ibarət olan rayonun Urakəran kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açaraq ələmətdar hadisə münasibətilə sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Qismət Əsgərov əlamətdar hadisə münasibətilə kənd sakinlərinə təbriklərini çatdırdı.
Sonda rəmzi məşəl alovlandırıldı.