Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlı şəhərində vətəndaşları qəbul etmişdir

30 sentyabr 2015 | 15:00

   30 sentyabr 2015-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov  və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
      Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 65, digər məsələlərlə bağlı müraciət etmiş 80 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.
   Sonra nazir Kəmaləddin Heydərov sakinlərin müraciətlərini nəzərə alaraq Yardımlı rayonu, Köryədi kəndi və Əsədabad küçəsində bərpa-gücləndirməyə ehtiyacı olan bir neçə evə baxış keçirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər