Hamarkənd kəndində Həkim məntəqəsi istifadəyə verildi
Oktyabrın 13-də Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Yardımlının Hamarkənd kəndində Həkim məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib.
Layihə üzrə qrant sazişi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Yerli idarəetməyə yardım” Ictimai Birliyi arasında 2 fevrlal 2015-ci il tarixində imzalanıb.
Mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etdilər.Kənd sakinləri ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.