Yardımlı rayonunda 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
16 oktyabr 2015-ci il tarixdə RİH-nin Akt zalında 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.
Tədbirə giriş sözlə başlayan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirdi ki, 2015-ci ilin III rübündə rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, görülən tikinti işlərinin müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilməsində danışaraq natiq, geniş məruzə ilə çıxış etmişdir.
Hesabat yığıncağında çıxış edənlərdən Yardımlı Rayon Mərkəzi xəstəxanasının baş həkimi Rasim Əkbərov , rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə və başqaları 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.