Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyəti və FHN-i birgə tədbir keçirdi

26 noyabr 2015 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyətində 26 noyabr 2015-ci il tarixində “Yardımlı Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası, yerli icra strukturları, bələdiyyələr ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası məsələləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Fövqəladə Halar Nazirliyi (FHN) Mərkəzi Aparatının və regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, Yardımlı Rayon Fövqəladə Hallar üzrə Komissiyasının sədri, Yardımlı rayonunun kənd və qəsəbə bələdiyyələrinin rəhbərləri, Telekommunikasiya Qovşağının, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, enerji, qaz və su təchizatı üzrə xidmətlərinin rəisləri, Mərkəzi Xəstəxana, Polis və Təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.
Tədbirdə keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur. Tədbirdə FHN-in əməkdaşları çıxış edərək nazirliyin regionda fəaliyyət göstərən qurumları ilə enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planının bəndlər üzrə geniş təhlilini aparmış və həmin plana uyğun olaraq həyata keçirilən tədbirlərin icrasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamış, sualları cavablandırmışlar.Sonra müvafiq idarə və müəssisə rəhbərlərinin, bələdiyyə sədrlərinin təklifləri dinlənilmişdir. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.
Toplantının sonunda FHN Cənub Regional Mərkəzinin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar barədə danışılmış, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı fotoslaydlar göstərilmiş, verilən  suallar ətraflı cavablandırılmışdır.

Keçidlər