Şriftin ölçüsü :

Saytın rəngi :

BÜRZÜMBÜL KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

24 noyabr 2015 | 16:00

     24 noyabr  2015-ci il tarixdə  148 abonetdən ibarət olan rayonun  Bürzümbül kəndinə təbii qazın verilməsi ilə bağlı  tədbir   keçirildi.
  Tədbirdə çıxış edən , rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açaraq ələmətdar hadisə münasibətilə sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
   Tədbirdə çıxış edən kənd  sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
    Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov əlamətdar hadisə münasibətilə kənd sakinlərinə  təbriklərini çatdırdı.
     Sonda rəmzi məşəl alovlandırıldı.

Keçidlər