Vərgədüz kəndində səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Vərgədüz kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir, respublikada və rayonumuzda geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Dünyada iqtisadi böhran olduğu halda Azərbaycan dinamik inkişaf edir, yeni iş yerləri yaradılır, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Bunun bariz nümunəsi kimi rayonumuzda yeni məktəb binalarını, səhiyyə ocaqlarını və digər sosial obyektləri, tikilən yolları misal göstərmək olar. Cari ildə Vərgədüz, Bilnə elecə də royonun bir cox kəndlərinə içməli suyun verilmiş və yolların təmiri edilmişdir. Rayonun bir cox yaşayış məntəqəsinə mavi qazın verilməsi təmin edilmişdir. Yaxın günlərdə Vərgədüz kəndinə də təbii qaz veriləcəkdir.
Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov səmərəli səyyar qəbul-görüşün şahidi olduğunu söyləyərək qeyd edib ki, belə tədbirlər hakimiyyətlə əhali arasında ünsiyyət körpüsü rolunu oynayır. Sakinlərin qaldırdığı problemlər əhəmiyyətinə görə nəzərə alınaraq həlini tapır. Bunun üçün təkliflər sistemləşdirilir və müvafiq qurumlar qarşısında məsələ qaldırılır,
Səyyar görüş-qəbulda vətəndaşlar görülən işlərlə bağlı minnətdarlıqlarını bildirdilər, ərazinin kəndlərinə qaz xəttinin çəkilməsinə, kənddə mövcud problemlərin həll edilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.