Şriftin ölçüsü :

Saytın rəngi :

Çayüzü kəndində səyyar görüş-qəbul keçirildi.

03 fevral 2016 | 16:00

  03 fevral 2016-cı il tarixdə Çayüzü kəndində Yardımlı RİH başçısı cənab Sevindik Hətəmovun əhali  ilə  növbəti səyyar görüş-qəbulu keçirildi.
        Səyyar görüş-qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, rayonun inzibati orqanlarının rəhbərləri iştirak edirdilər. Çayüzü kənd tam orta məktəbinin akt zalında keçirilən səyyar görüş-qəbulda Çayüzü, Dağüzü, Nisaqala və Avur kəndlərindən 86 nəfər sakin iştirak etdi.
        Səyyar görüş- qəbulu RİH başçısı hörmətli cənab Sevindik Hətəmov açaraq ölkəmizdə baş vermiş ictimai-siyasi hadisələri geniş şərh edərək bildirdi ki, dünyada gedən maliyyə və iqtisadi böhran Azərbaycandan da yan keçməmişdir. Belə ki, dünya bazarında neftin qiymətinin 3 dəfədən artıq düşməsi ciddi çətinliklər yaratmışdır. Azərbaycanda 2015-ci ilin dekabrında  manatın 2-ci  devalvasiyasının baş vermişdir. Lakin möhtərəm cənab Prezidentimizin hadisələrə çevik, operativ müdaxiləsi nəticəsində  pensiya və müavinatlar, əmək haqları 10 /% artırıldı, əsas ərzaq məhsullarının  qiymətində sabitlik yarandı. İqtisadi islahatlar davam etdirilir və böhran halları aradan qalxmaqdadır. Rayonumuzda da yeni iş yerlərinin açılması əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir.       
Görüşdə Avur kənd sakini  Sarıbala Poladov, Nisaqala kənd sakini Şahlar Dadaşov, Hacıabış Əhmədov, İsmayılov Hacısalman İman oğlu bir necə məsələlər qaldırmışlar. Müraciətin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmiş, bəzi müraciətlə isə yerindəcə həllini tapmışdır.
          Səmimi və işgüzar şəraitdə keçən görüşə görə RİH başçısı cənab  Sevindik Hətəmov görüş iştirakçılarına  minnətdarlığını bildirdi və səyyar görüşdə qaldırılan bütün  problemlərin öz həllini tapacağını qeyd edildi.
        

Keçidlər