Lerik və Yardımlı rayonlarının elektrik enerjisi təchizatını yaxşılaşdırmaq məqsədilə elektrik stansiyası inşa olunur
26 iyul 2011 | 15:00
Lerik və Yardımlı rayonlarının enerji təchizatı layihəsi üzrə gücü 16,5 meqavat (MVt) olacaq elektrik stansiyasının tikintisinə başlanılmışdır.
“Azərenerji” ASC-dən bildirmişlər ki, əsas avadanlıq avqust ayında gətiriləcəkdir. Stansiyanın 2012-ci ildə istismara verilməsi nəzərdə tutulmuşdur.