Şriftin ölçüsü :

Saytın rəngi :

Urakəran kəndində səyyar görüş-qəbul keçirildi.

10 fevral 2016 | 16:00

         10 fevral 2016-cı il tarixdə Urakəran kəndində Yardımlı RİH başçısı cənab Sevindik Hətəmovun əhali  ilə  növbəti səyyar görüş-qəbulu keçirildi.
        Səyyar görüş-qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, rayonun inzibati orqanlarının rəhbərləri iştirak edirdilər. Urakəran  kənd tam orta məktəbinin akt zalında keçirilən səyyar görüş-qəbulda Urakəran, Avun, Qaraqaya kəndlərindən 90 nəfər sakin iştirak etdi.
        Səyyar görüş- qəbulu RİH başçısı hörmətli cənab Sevindik Hətəmov açaraq ölkəmizdə baş vermiş ictimai-siyasi hadisələri geniş şərh edərək bildirdi ki, dünyada gedən maliyyə və iqtisadi böhran Azərbaycandan da yan keçməmişdir. Belə ki, dünya bazarında neftin qiymətinin 3 dəfədən artıq düşməsi ciddi çətinliklər yaratmışdır. Azərbaycanda 2015-ci ilin dekabrında  manatın 2-ci  devalvasiyasının baş verməsidir.  Lakin möhtərəm cənab Prezidentimizin hadisələrə çevik, operativ müdaxiləsi nəticəsində pensiya və müavinatlar, əmək haqları 10 /% artırıldı, əsas ərzaq məhsullarının  qiymətində sabitlik yarandı. İqtisadi islahatlar davam etdirilir və böhran halları aradan qalxmaqdadır. Rayonumuzda da yeni iş yerlərinin açılması əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir.       
     Görüşdə Urakəran kənd sakini  Əsgərov Qabil, Şirinov Mirhüseyn, Rzayev Nizami oğlu  və başqaları bir necə məsələlər qaldırmışlar. Müraciətin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmiş, bəzi müraciətlə isə yerindəcə həllini tapmışdır.
  Urakəran kənd  ağsaqqalı Ağayev Rasim Həkimalı oğlu görülən işlərə, həyata keçirilən tədbirlərə görə ölkə başçısına və rayon rəhbərliyinə kənd ağsaqqalları adından dərin təşəkkürünü bildirmişdir.
          Səmimi və işgüzar şəraitdə keçən görüşə görə RİH başçısı cənab  Sevindik Hətəmov görüş iştirakçılarına  minnətdarlığını bildirdi və səyyar görüşdə qaldırılan bütün  problemlərin öz həllini tapacağını qeyd etmişlər.

Keçidlər