Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rayon ictimaiyyəti ilə görüş keçirildi.

13 fevral 2016 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri  Tahir Budaqovun  rayon ictimaiyyəti ilə görüşü keçirildi.
    Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Musa Qasımlı iştirak edirdi.
        İlk öncə görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək heykəlin önünə tər gül-çiçək dəstələri qoydular.
    Nizami adına kioteatrın zalında davam edən tədbiri rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq son illər cənab Prezidentin diqqət və qayğısı ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində əldə olunan nəaliyyətlər, proqramın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verdi.
     Görüşdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri  Tahir Budaqov  çıxış edərək rayonun ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüşün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə rayon ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıdığını qeyd etdi. Bildirdi ki, son günlər neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkəmizdə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının dirçəldilməsi sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və kənd təsərrüfatı məsulları istehsalının artırılması prioritet məsələdir. Aqrar sahənin inkişafı ilə bağlı cənab Prezidentin diqqət və qayğısının ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini vurğuladı.
      Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı son illərdə rayonda aparılan tikinti, abadlıq-quruculuq işləri barədə məlumat verərək rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə təklif səsləndirdi.
    Görüşdə çıxış edən kəndli fermer təsərrüfat rəhbərləri, sahibkarlar, mütəxəssislər dövlət başçısının antiböhran tədbirlərini dəstəklədiklərini, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək dəyərləndirlədiklərini diqqətə çatdırdılar. Çıxışlarda rayon əhalisi ilə dövlət  nümayəndələrinin birgə fikir mübadiləsi aparmasının əhəmiyyəti xüsusi qeyd edildi və təkliflər səsləndirildi.

 

Keçidlər