Şriftin ölçüsü :

Saytın rəngi :

Arvana kəndində səyyar görüş-qəbul keçirildi.

17 fevral 2016 | 16:00

         17 fevral 2016-cı il tarixdə Arvana kəndində Yardımlı RİH başçısı cənab Sevindik Hətəmovun əhali  ilə  növbəti səyyar görüş-qəbulu keçirildi.
        Səyyar görüş-qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, rayonun inzibati orqanlarının rəhbərləri iştirak etdilər. Səyyar görüş-qəbulda Arvana kəndindən 110 nəfər sakin iştirak etdi.
        Səyyar görüş- qəbulu RİH Başçısı  cənab Sevindik Hətəmov açaraq son vaxtlar neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində respublika iqtisadiyyatında yaranmış vəziyyət barədə məlumat verdi. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasında yaranmış vəziyyəti ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar vermişdir. Əhalinin sosial-iqtisadi vəziyyətinin sabit saxlanması istiqamətində mühüm addımlar atılmış, əmək haqları, pensiya və sosial müavinətlər artırılmışdır. Üçüncü Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident əldə olunan uğurlarla yanaşı nöqsan və çatışmamazlıqları diqqətə çatdırdı, regionların inkişafına, xüsusi ilə sənaye və kənd təsərrüfatının inkişafına nail olmaq məqsədi ilə konkret tapşırıqlar vermişdir. Rayon icra hakimiyyətində artıq qarşıda duran vəzifələrin, rayonumuzda kənd təsərrüfatının inkişafı, əvvəllər rayonda mövcud olmuş istehsal sahələrinin bərpası istiqamətində tədbirlər müəyyənləşdirilir. Rayonumuzda da yeni iş yerlərinin açılması əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir.  Natiq bildirmişdir  ki, Dövlət Proqramının uğurlu icrası nəticəsində Arvana kənd  inzibati ərazi dairəsində də bir sıra işlər görülmüşdür. 09 may 2014-cü ildə Yardımlı-Avaş-Deman-Arvana avtomobil yolu  əsaslı təmir edilərək əhalinin  istifadəyə verilmişdir.
        Görüşdə Arvana  kənd sakini  Dadaşov Qəribxan, Miriyev Rafiq icrarəyə torpaq sahəsinin ayrılması barədə müraciətlər  qaldırmışlar, məsələnin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir, Miriyeva Səringül və Dadaşova Xanımqız ailəsinə maddi koməklik olunması barədə  müracət etmişlər qaldırlan məsələ müsbət həll edilmişdir.
   Arvana  kənd  ağsaqqalı Həsənov Əvəz Cavad oğlu görülən işlərə, həyata keçirilən tədbirlərə görə ölkə başçısına və rayon rəhbərliyinə kənd ağsaqqalları adından dərin təşəkkürünü bildirmişdir.
          Səmimi və işgüzar şəraitdə keçən görüşə görə RİH başçısı cənab  Sevindik Hətəmov görüş iştirakçılarına  minnətdarlığını bildirdi və səyyar görüşdə qaldırılan bütün  problemlərin öz həllini tapacağını qeyd etmişlər.

Keçidlər