Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda daha 1-kəndin içməli su problemi həll olundu.

23 fevral 2016 | 16:00

  23 fevral 2016-cı il tarixdə rayonun Şiləvəngə kənd sakinlərini içməli su  ilə təmin etmək məqsədilə dərinliyi  45 m sub-artezian quyusunun açılış tədbiri keçirildi. Sub-artezian quyusu  Azərbaycan Milli QHT forumu, “Cey Ti Ay Kaukasus” MMC-nin Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə qazılmışdır. Tədbirdə RİH  Başçısı Sevindik Hətəmov, “Cey Ti Ay Kaukasus” MMC-nin Azərbacandakı nümayəndəsi Əli Verdiyev , Azərbaycan Milli QHT-ı Forumunun  prezidenti Rauf Zeyni, kənd sakinləri  və KİV –nin nümayəndələri iştirak etdi.
    Mərasimində çıxış edən Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov prezident cənab İlham Əliyev tərəfindən Ölkədə uğurla davam etdirilən iqdisadi inkişaf strategiyasının, eləcədə, bölgələrin davamlı sosial-iqtisadi inkişafı üçün İnsanların rahatlığı və əhalinin rifah halının yaxşılaşırılması üçün görülən işləri yüksək qiymətləndirdi.Rayon rəhbəri bayram gününə təsadüf edən əlamətdar hadisə, kəndin su probleminin həll olunması münasibətilə sakinləri təbrik etdi.Sonda kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. Quyunun suyundan  460-nəfər sakini olan Şiləvəngə və digər  kənd sakinləri  istifadə edə biləcəklər.

Keçidlər