Yardımlı rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbir iştirakçları öncə Dahi Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül təstələri düzdülər.Daha sonra mədəniyyət evinin foyesində rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış keçirildi.Rayonun idarə, müəssisə və təşkilatların rəhbərlərinin, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi toplantıda hesabat məruzəsi ilə çıxış edən Yardimli rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirildi ki, Respublikanın digər bölgələri kimi, Yardımlı rayonuda inkişaf dövrünü yaşayır.Eləcə də, ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılıb.Son 10-ildə Prezident cənab İlham Əliyevin Yardımlıya etdiyi 3-səfərini rayonun ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirən Rayon rəhbəri nəzərdə tutulmuş bütün sosial layihələrin ugurla icra edilməsini bildirdi.Natiq vurguladı ki, Cənab Prezidentin 6-yanvar 2016-cı il tarixli sərəncamı ilə Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 1,4-milyon manat, 10-fevral 2016-cı il Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 1,3-milyon manat vəsait ayrılıb, eləcədə, bu sərəncamlar hər bir Yardımlı sakininə böyük sevinc və fərəh bəxş etdiyini diqqətə çatdırdı.Əlavə olaraq Sırıq-Vərgədüz-Bürzümbül-Osnağaran yolu ilə bağlı layihə təqdim olunmuş və tikintisi bu il üçün planlaşdırılıb.Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına isə uzunluğu 1,5-km olan Çayüzü və uzunluğu 2,5-km olan Pirembel kənd yolu asfaltlaşdırılıb.Digər kəndlərdə də yollar çınqıl örtüklə təmir olunmuş, kəndarası və kənddaxili yollar da təmir edilmişdir.Ötən il rayonun mərkəzi küçəsi asfaltlaşdırılıb və digər küçələri çınqıl örtüklə təmir olunmuşdur.Şəhərdə su və kanalizasiya xətlərinin, rayon icra hakimiyyəti üçün yeni inzibatı binanın eləcə də, İdman kompleksinin tikintisi davam edir.Şəhər 1-saylı tam orta məktəbi əsaslı təmir olunub, şəhər 2-saylı uşaq bağçası Heydər Əliyev Fondu hesabına tikilmişdir.Digər kəndlərdə də məktəb tikintiləri davam etdirilir.Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində Cənab Prezidentin tapşırığına əsasən rayon məşğulluq mərkəzində 350-yə yaxın yeni iş yerləri yaradılmışdır və artıq mərkəzdə qeydiyyatda olan 300-nəfər müvafiq işlə təmin olunub.Yardımlı rayonunda dayanıqlı elektrik enerjinin təmini məqsədilə rayona yeni 35-KV-luq yüksək gərginlikli hava elektrik xətti çəkilmiş, Ərus yarımstansiyası yenidən tikilmiş və tam müasir avadanlıqla təchiz olunmuşdur.Bununla da rayonun bütün yaşayış məntəqələrinə 24-saat elektrik verilişi bərpa olunmuşdur.Rayonun qazlaşması istiqamətində də işlər davam etdirilir.Ötən ildə rayonun Urakəran və Bürzünbül kəndləri də qazla təmin edildi və qazlaşmış yaşayış məntəqələrinin sayı 13-ə, abonentlərin sayı 2,225-ə çatdırılaraq, rayon üzrə qazlaşma 30-faiz təşkil etmişdir.Bildirildi ki, 2015-ci ildə rayon üzrə 94-milyon 583-min manatlıq ümumi məhsul istehsal olunub, bu da ötən illə müqayisədə 8,8-faiz çoxdur.Məhsul istehsalı ötən illə müqayisədə 7-faiz artaraq 1,471-manat olmuşdur.658-min manatlıq sənaye, 36-milyon 823-min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub və 3-milyon 437-min manatlıq tikinti işləri həyata keçirilmişdir.Qeyd edək ki, rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olur.Tədbirdə çıxış edən digər natiqlər Yardımlının dinаmik inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırıb, burada аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrdilər.Tədbirdə Prezident Adminstrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatı Musa Qasımlı iştirak edirdilər.Sonda Yardımlı sakinləri adından Prezident İlham Əliyev cənablarına müraciət qəbul edildi.