Şəhidimiz torpağa tapşırıldı.
Aprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Yardımlının qəhrəman oğlu- N saylı hərbi hissənin əsgəri Mirzəyev Nurəddin Etimad oğlu aprelin 4-də doğulduğu Yardımlı rayonunda torpağa tapşırıldı.
Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Yardımlı Rayon İcra Hakimiyyətinin, N saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları , kənd sakinləri iştirak etdilər.
Şəhidlə vida mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nurəddin Mirzəyevin xatirəsinin Yardımlıların qəlbində həmişə yaşayacağını bildirmişdir.
Dəfn mərasimində Şəhidin atası Etimad Mirzəyev Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.