Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının iclası ilə bağlı Yardımlı rayonunda müşavirə keçirildi.
05 aprel 2016-cı il tarixdə rayon Mədəniyyət sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirdiyi Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə rayon İcra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə,KİV-nin nümayəndələri, müəssisə və təşkilatlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edənlər düşmənin təxribatının qarşısının uğurla alındığını qeyd etmiş, yüksəklik və yaşayış məntəqələrinin azad olunmasını ruh yüksəkliyi ilə qarşılandığını vurğulamışlar. Həmçinin, tədbir iştirakçıları cənab Prezidentin torpaqlarımızın azad olunması istiqamətində yeritdiyi siyasəti dəstəklədiklərini bildirmiş və hər zaman onun yanında olduqlarını bəyan etmişlər.