Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı şəhərində keçirdiyi zona müşavirəsində qarşıda duran vəzifələr müzakirə edilmişdir

11 iyul 2011 | 15:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Masallı şəhərində zona müşavirəsi keçirmişdir.
Сənub bölgəsinin altı rayonunun - Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzləri rəhbərlərinin iştirak etdiyi tədbirdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Müşavirədə ƏƏSMN-in sosial təminat xidməti rəisinin müavini Təhminə Seyidzadə son illər əhaliyə göstərilən sosial müdafiə xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edərək bildirmişdir ki, nazirliyin yeni yaradılan internet səhifəsi ərizə və şikayətləri vətəndaşların rayon mərkəzlərinə getmədən quruma göndərmələrinə imkan verəcəkdir. Bu, məmurla vətəndaş arasında birbaşa əlaqənin minimuma endirilməsinə səbəb olacaqdır.
Bu məqsədlə nazirliyin əməkdaşları respublikanın müxtəlif bölgələrinə ezam olunaraq əhali arasında maarifləndirmə işini aparırlar.
 

Keçidlər