Yardımlı rayonunda 2016-cı ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
13 aprel 2016-cı il tarixdə RİH-nin Akt zalında 2016-cı ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.
Tədbirə giriş sözlə başlayan rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev bildirdi ki, 2016-cı ilin I rübündə rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, görülən tikinti işlərinin müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilməsində danışaraq natiq, geniş məruzə ilə çıxış etmişdir.
Hesabat yığıncağında çıxış edənlərdən Yardımlı Rayon Mədəniyyət Şöbəsinin müdiri Ayaz Əliyev , rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə və başqaları 2016-cı ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.