Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda miqrasiya sahəsində maarifləndirmə tədbiri keçirildi.

29 aprel 2016 | 16:00

      Lənkəran Regional  Miqrasiya  İdarəsi və Yardımlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yardımlıda miqrasiya sahəsində maarifləndirmə tədbiri keçiridi. Tədbirdə rayonun inzibati ərazi dairəsi üzrə kənd icra nümayəndəliklərinin rəhbər işçiləri, kənd bələdiyyə sədrləri və rayon sakinləri iştirak ediblər.

      Tədbirdə Lənkəran Regional  Miqrasiya  İdarəsinin rəisi Səmədağa Abdullayev çıxış edərək bildirdi ki, prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılır, əsaslı tədbirlər həyata keçirilir. Qeyd edildi ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant  prinsipləri əsasında idarə edilməsinin daha bir nümunəsidir. Daha sonra Miqrasiya Xidmətinin digər əməkdaşları çıxış edərək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından söz açdılar. Eyni zamanda Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər haqqında məlumatlar verdilər. Tədbirdə həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlərdən, regionlarda keçirilən çoxsaylı tədbirlərin konkret nəticələrindən danışıldı.
 

Keçidlər