Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda faşizm üzərində Qələbənin 71 illiyi qeyd edildi.

09 may 2016 | 16:00

   09 may 2016-cı il tarixdə  faşizm üzərində Qələbənin 71 illiyi münasibəti ilə müharibə veterenları ilə görüş  keçiriləcəkdir. Görüşdə müharibə veteranı Əliyev Beybud Niyazəli oğlu  bildirdi ki, dövlətimiz müharibə veteranı kimi ona pulsuz avtomobil vermiş, hər il bayram günü cənab Prezident bizə xeyli miqdarda maddi vəsait də verir. Arzu edirəm ki, belə qələbə gününü Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd edək.
       Görüş zamanı  veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onları unutmadığına, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinə təşəkkür etdilər.Tədbirin sonunda RİH-i tərəfində müharibə veteranlarına bayram münasibəti ilə maddi köməklik göstərilmişdir.

Keçidlər