Yardımlı rayon icra hakimiyyətinin başçısı Teşkan kənd sakinləri i ilə görüş keçirmişdir
Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov may ayının 25-də rayonun Teşkan kənd sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir.
Əvvəlcə Yolocaq kənd icra nümayəndəsi Şirməmmədov Quzeyir kənd barədə qısa məlumat verdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hökm sürən möhkəm siyasi sabitlik və əmin-amanlıqdan, Xalq-İqtidar birliyindən, daxili və xarici siyasətdə əldə edilən uğurlardan, ərazi bütövlüyümüzün bərpası ilə əlaqədar xalqımızın vətənpərvərlik hissinin daha da yüksəlməsindən, əhalinin rifah halının yaxşıllaşdırılması üçün həyata keçirilən layihə və proqramlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlərdən ətraflı danışdı, ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
İcra başçısı sonda Teşkan kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.