Ümumdünya Poçt İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən epistolyar inşa müsabiqəsinin qalibələri mükafatlandırıldı.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birlikdə bu il də respublika məktəbliləri arasında inşa müsabiqəsi keçirib.
Müsabiqədə rayonumuzu təmsil edən 5 şagirdimiz də mühüm yer tutmuşdur.
Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edın rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov xüsusi istedada malik olan şagirdləri üzə çıxmasından və onların layiqli yer tutmasından ətrafli danışdı.Natiq çıxışında bildirmişdir ki, rayonumuzda olduğu kimi, respulikamızda da gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən şagirdlər onlara göstərilən qayıya görə ölkə başçısına və RİH başçısına təşəkkürlərini bildirmişlər
Tədbirin sonunda RİH-I başçısı tərəfindən müsabiqənin qaliblərinə pul mükafatı və fəxri dipolmları təqdim olundu.