Yardımlı rayon icra hakimiyyətinin başçısı Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir
Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov iyun ayının 1-də rayonun Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir.
Əvvəlcə Avaş kənd icra nümayəndəsi Əliyev Ərəstun ərazi barədə qısa məlumat verdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda görülən abadlıq-quruculuq işlərindən, həmçinin Avaş kənd yolunun yenidən qurulması yeni məktəb binasının tikintisindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir .Natiq çıxışda ölkənin ərazi bütövlüyümüzün bərpası ilə əlaqədar xalqımızın vətənpərvərlik hissinin daha da yüksəlməsindən, əhalinin rifah halının yaxşıllaşdırılması üçün həyata keçirilən layihə və proqramlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlərdən ətraflı danışdı, ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
İcra başçısı sonda Avaş kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.