Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilmişdir.

08 iyun 2016 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 8-də Yardımlı rayonunda olublar.
Yardımlı Rayon Mədəniyyət Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
       Mədəniyyət Sarayında təşkil olunmuş Şura iclasında iştirak etdi. İclasa  RİH-nin başçısı Ayaz Əsgərov rəhbərlik etmişdir. Giriş  sözü ilə o,  rayonda tütünçülüyün, arıçılığın, heyvandarlığın   inkişafı ilə bağlı görülmüş işləri və qarşıda duran vəzifələr  barədə məlumat verdi. Sonra Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək  Yardımlı rayonunda  tütünçülüyün ənənəvi bir sahə olduğunu qeyd etdi, o, xam tütünün qiymətinin  25 qəpiyə qaldırılması və mülkiyyətçilərdə  stimul yaratmaq üçün hər hektara subsidiya veriləcəyini qeyd etdi.
     Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov  mülkiyyətçilərin  sualları ətrafında yaranan məsələlərlə bağlı ətraflı izahatlar verdilər.
Şura iclası diskussiya formasında davam etdirildi.  Ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər tütünçülüyün, arıçılığın, heyvandarlığın  inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri cavab  verdilər.                
      Şurada iştirak edən müvafiq qurumların  nümayəndələri qaldırılan məsələlərə aydınlıq gətirərək  icrası istiqamətində tapşırıqlar verdilər. Iclasdan sonra yenidən  RİH-də işçi qrupunun üzvləri arasında  fikir mübadiləsi aparıldı. Qarşıya çıxan çətinliklərin həlli yolları araşdırıldı və  aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi
    Daha sonra rayonda tütün  əkininin real vəziyyətini öyrənmək məqsədi ilə  təsərrüfat sahəsində olundu. Əliyev Elçinin başçılıq etdiyi ailə kəndli fermer təsərrüfatında tütün əkininin gedişinə  baxış keçirildi. E.Əliyev bildirildi ki,  əkini aqrotexniki qaydadada aparmış, normal çıxış əldə etmişdir. Fermerə tövsiyə olunmuşdur ki,  gələcəkdə 10 ha  sahənin dahada artırılmasına nail olunmaqla əkin sahəsi ilə məğul olunsun. Sahəyə baxış keçirilən zamanı fermer aqrotexniki qaydalara tam əməl etmiş və səpinin optimal müddətdə aparılmasına nail olmuşdur.Nəticədə  Yardımlı rayonunda   mülkiyyətçi ilə bağlanmış müqaviləyə əsasən 10 ha sahədə tutun əkini başa çatmışdır.

Keçidlər