Yardımlı Rayon İcra Hakimiyyəti Başçısı Ayaz Əsgərovun ağsaqqallarla görüşü keçirildi.
Görüşdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək respublikamızda, o cümlədən Yardımlıda görülən işlər barədə tədbir iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Yardımlı rayonunda böyük tikinti-quruculuq işləri aparılır. Natiq çıxışda kənd təsərrüfatının inkişafından xüsusi ilə rayonda tütünçülüyün, arıçılığın, heyvandarlığın inkişafı ilə bağlı görülmüş işləri və qarşıda duran vəzifələr barədə məlumat verdi. Qeyd olundu ki, bu sahənin inkişaf etməsi həm özümüzün təminatı ödəniləcək və əlavə istehsal olunmuş məhsulu bazarlara çıxarmaqla maddi imkanlarımızı artırmış olacağıq.
Tədbirdə çıxış edən ağsaqqallar rayonda aparılan tikinti işlərinə, o cümlədən su və kanalizasiya xəttinin və kəndlərə qaz xəttinin çəkilişi, Yardımlı-Arvan-Deman və Yardımlı-Hamarkənd-Abasabad yollarının asfaltlanmasına və ümumilikdə Yardımlılara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Görüşdə ağsaqqallar tərəfindən irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verildi.