Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
13 iyun 2016 | 16:00
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Sonra gündəlikdə olan Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına uyğun olaraq Kənd təsərrüfatına Subsidiyaların verilməsi vəziyyətinin icrası ilə bağlı və Əhaliyə göstərilən mədəni xidmətin təşkili sahəsində Rayon Mədəniyyət və Turizm şöbəsində görülən işlər barədə sura iclası keçirildi.
Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi