Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi.

14 iyun 2016 | 16:00

    2016-cı il iyunun 14-də rayon icra hakimiyyəti başçısı Ayaz  Əsgərov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
     Tədbiri Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov giriş nitqi ilə açaraq bildirdi ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
     1993-cü ildə ölkə həyatının bütün sahələrini bürümüş anarxiya, xaos, kəskin ictimai narazılıqlar son həddinə çatmışdı. Bu dövrdə respublikada separatçılıq meyilləri tüğyan edir, bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı.
     Bu həlledici mərhələdə xalqın istəyi və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdı. Bu gün də ümummilli liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı yönələn təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və bacarıq göstərirdi. 1995-ci ildə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və onun əsasında demokratik parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində yeni mərhələ başlandı.
     Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli iclasında Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək, Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətlərini qeyd edərək 15 iyun gününü Azərbaycan Xalqının Milli Qurtuluş Günü elan etdi.
   Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, rayon prokuroru Vahid Məmmədli və başqaları Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar geniş məruzə etdi.

Keçidlər