Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Erkən nigahlar, reallıqlar və onların fəsadları” mövzusunda tədbir keçirildi.

17 iyun 2016 | 16:00

     17 iyun 2016-cı il tarixdə  YAP Yardımlı rayon Təşkilatının inzibati binasında  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Erkən nigahlar, reallıqlar və onların fəsadları”  mövzusunda gənclərlə görüş keçirilmişdir.
      Tədbiri giriş sözü ilə açan "Sağlam yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Tələt Qəribov laiyihənin məqsəd və məramını açıqlamış, erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırmışdır. Qeyd etmişdir ki, beynəlxalq konvensiyalara qoşulan Azərbaycan Respublikasında bu istiqamətdə mühüm addımlar atılmışdır.
      Sonra tədbirdə Yardımlı rayon Ağsaqqallar Şurasının sədr Heybət Mirzəyev, MRX-nin baş həkimi Əkbərov Rasim, psixoloq Ruslan Ataşov çıxış etdilər.
      Sonda tədbir iştrakçılarına müzakirə olunan mövzuya dair suallar cavablandırıldı, bukletlər paylanıldı.

Keçidlər