Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşü keçirildi.

23 iyun 2016 | 16:00

     23  iyun 2016-ci ildə  RİH-nin Akt zalında  RİH başçısı Ayaz Əsgərovun rayonda yaşayan şəhid  ailələri və  Qarabağ müharibəsi veteranları ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Ayaz Əsgərov  iştirakçıları salamladı. Natiq müstəqilliyimiz və torpaqlarımızın qorunması yolunda canlarını qurban vermiş oğul və qızlarımızın xatirəsinin həmişə əziz saxlanacağını qeyd etdi.
        Ölməz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
         Vətənə xidmətdə nümunə göstərmiş işsiz insanların işlə təmin olunması istiqamətində əsaslı iş aparılacağını söylədi, idarə və müəssisə rəhbərlərinə şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına və iştirakçılarına göstərilən xidmətin yüksək səviyyəyə qaldırılmasını tapşırdı.
     Çıxış edənlərdən şəhid alilələri  onlara  göstərilən diqqətə görə razılıqla yanaşı, problem olaraq qalan məsələlərə diqqət çəkdilər.
           Daha sonra RİH başçısı sualı, problemi olanlarla söhbət apardı. Səsləndirilən problemlərin yerindəcə həlli yolları araşdırıldı. Görüləcək işlər barədə əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər