Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirildi.

12 iyul 2016 | 16:00

     Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayonun din xadimlərinin, məscid dini icma sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı və komitənin Masallı regional şöbəsinin müdiri Miryəhya Bədirov iştirak edirdi.
      Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova  çıxış edərək rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə  məlumat verdi. Bildirdi ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi strateji kursun nəticəsidir ki, Azərbaycan dünyada ən tolerant ölkə kimi tanınır, müxtəlif dinlərin və dini konfessiyaların birgə fəaliyyət göstərdiyi məkan kimi dünya ictimaiyyətinin və mediasının diqqətini cəlb edir.
    Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda məruzə etdi. Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu, Cənab Prezidentin həyata keçirdiyi siyasət və xalqımızın tarixlər boyu bu dəyərlərə verdiyi önəmin, insanpərvər və sülhsevər siyasət nəticəsində ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrildiyini bildirdi. Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixdə sərəncam imzalaması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğunu qeyd etdi.
     

Keçidlər