Sosial-iqdisadi yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi
Yardımlı Rayon İcra Hakimiyyəti Başçısı cənab Xəzər Aslanovun 2011-ci ilin sosial-iqdisadi yekunları ilə əlaqədar 15 fevral 2012-ci il tarixdə hesabat yığıncağı keçirildi. Tədbirdən öncə Heydər Əliyev adına parkda Ulu Öndərin xatirəsinə ucaldılmiş büstün önünə gül dəstləri qoyuldu, sonra Nizami adına kinoteatrın foyesində rayonda istesal olunan sənaye və kənd təsərrüfatı məsullarının sərgisinə baxış keçırıldı. hesabat yığıncağı kinoteatrın zalında davam etdirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Vəfadar Bağırov, millət vəkili Sabir Rüstəmxanlı, rayon idarə müəssisə rəhbərləri ərazi nümayəndələri, bələdiyə sədrləri ve rayon içimayyətinin nümayəndələri iştirak etdilər.
Məruzə ətrafında çıxış etdilər.
1. Fəqan Azadəliyev – Rayon Polis şöbəsinin rəisi
2. Manaf Balışov - Rayon Təhsil şöbəsinin müdiri
3. İqbal Ağayev - Rayon Telekommunikasiya Qovşağının rəisi
4. Adil Mahmudov – Dövlət Sosial Müdafiə Fondunun müdiri
5. Yaqub Əliyev – 44 saylı yol istismar idarəsinin rəisi
6. Vəfadar Ağayev – Qaz istismar sahəsinin rəisi
7. Ayaz Əliyev-Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri
8. Fizuli Babayev – Sukanal idarəsinin rəisi
9. Əli Qasımlı – Rayon Elektrik şəbəkəsinin rəis əvəzi
10. Anar Alışov - Rayon gənclər və idman idarəsinin rəisi
11. Əlisahib Cahangirov - “Zaur” kəndli fermer təsərrüfatının rəhbəri
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Vəfadar Bağırov və millət vəkili Sabir Rüstəmxanlı çıxış etdi.
Yığıncaqda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciət qəbul olundu.