Yardımlı rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısında Yardımlı rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə tədbir keçirildi.
Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini bildirdi. Cənab Prezidentin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda iqtisadi inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, respublika qarşısında duran vəzifələrin həll olunduğunu diqqətə çatdırdı.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2016-cı ilin birinci yarım ili sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Respublikamızın digər bölgələri kimi, rayonumuzun da bütün sahələrinin hərtərəfli inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, şəhər və kəndlərimizin simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rola malik olmuşdur.
Sizlərə yaxşı bəllidir ki, bir neçə il bundan əvvəl rayonumuzda müasir sosial inzibatı binaların olmaması respublika əhəmiyyətli tədbirlərin keçirilməsində ciddi cətinliklər yaradırdı. Rayonda müasir binaların tikintisi, şəhərin küçələrində istinad divarlarının müasir zövqlə inşası, park və xiyabanların salınması, idman kompleksinin hazırda inşa olunması respublika əhəmiyyətli tədbirlərin keçirilməsinə tam şərait yaradılacaqdır. Müvafiq dövr ərzində Azərbaycan Respublikasının Vergilər naziri və Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri rayonumuzda qonşu rayonların və rayonumuzun sakinlərini qəbul etmişdir. Bildirirəm ki, bu rəhbərlər rayonun gözəl təbiəti, quruculuq–abadlıq işləri, sakinlərimizin səmimiyyəti barədə məmnunluqlarını bildirmişlər.
Rayonda görülmüş işlər, eyni zamanda, rayonun zəngin təbiəti, görməli yerləri və tarixi abidələri ötən müddətdə əksər televiziya kanallarında nümayiş etdirilmişdir.
Bildiyiniz kimi, rayonda bütün sahələrdə işlər yüksək səviyyədə icra olunur və bu istiqamətdə rayonun idarə-müəssisələri öz işlərini layiqincə yerinə yetirməyə çalışırlar.
Rayonda qazlaşmış yaşayış məntəqələrinin sayı 11-ə, əhali üzrə abonentlərin sayı 2 min 350 qeyri-əhali 22 abonent olmaqla 2 min 372-ə çatdırılaraq, rayon üzrə qazlaşma 30% təşkil etmişdir. Birinci yarımillikdə Vərgədüz kəndində polad borularla qaz çəklişi aparılmış, maliyyə çatışmazlığı ilə bağlı işlər dayanmışdır. Bununla bağlı və digər yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azəriqaz ASC qarşısında məsələ qaldırılmışdır.
Əhalinin içməli su ilə təmin olunması işləri sürətləndirilmişdir. “Sineyir” adlanan ərazidən rayonun beş kəndinin əhalisi -Osnakəran, Bürzünbül, Bilnə, Vərgədüz və Əfçədulan kənd sakinləri içməli su ilə təmin olunmuş, Osnakəran, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində həcmi 500 m3 olan su anbarları tikilmiş və istifadəyə verilmişdir. Su xəttinin davamı olaraq işlər aparılır. Belə ki, hazırda magistral su boru xəttindən 2.1km məsafədə olan Vərov kəndinə su xətti çəkilişi aparılır və son tamamlanma işləri gedir. Vərov kəndində 200 m 3-lık su anbarı tikilərək yaxın günlərdə kənd əhalisi su ilə təmin olunacaqdır.Hazırda rayonun 4 minə yaxın sakini bu içməli sudan istifadə edir. Ölkə Prezidentinin sərərəncamı ilə əhalisinin sayı 1000 nəfər olan Urakəran və əhalinin sayı 1600 nəfər olan Zevin kəndlərinin hər birində bir artezyan quyu qazılmışdır. Texniki məsələlər həll olunduqdan sonra əhalinin istifadəsinə veriləcəkdir. Bundan başqa, Aşağı Astanlı və Deman kəndlərinin hər birində artezian quyusunun qazılması üçün yerlər müəyyənləşmiş və 2016-cı ilin sonunadək artezian quyular qazılaraq əhalinin istifadəsinə veriləcəkdir.
İçməli suya zəruri ehtiyacı olan Yolocaq və Separadi kəndlərinin də içməli su probleminin həlli istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə danışıqlar aparılmışdır. Viləş çayı hövzəsində, Köryədi kəndi ərazisində inşa olunacaq böyük həcimli su anbarından Qabaqdibi və Köryədi kəndləri, Viləş çayı hövzəsində çayın Horonu kəndi ərazisində inşa olunacaq su anbarından isə Yolocaq və Separadi kəndlərinin əhalisinin içməli su ilə təmin olunması planlaşdırılmışdır. Eyni zamanda, bu sudan əkin sahələrinin suvarılması da nəzərdə tutulmuşdur. Bu işin həyata keçirilməsi ilə əlaqədar geoloji kəşfiyyat işləri də aparılmışdır.
Əlavə olaraq, Yardımlı şəhərində əhalinin içməli su ilə təmin edilməsi, şəhərdə kanalizasiya sisteminin yaradılması istiqamətində işlər davam edir. Hazıra kimi ümumi uzunluğu 72 km olan su xəttindən 69 km, ümumi uzunluğu 45 km olan kanalizasiya xətlərinin 31 km-i çəkilmiş, 10 ədəd su anbarından 9-də tikinti işləri aparılır, 283 ədəd yanğın hidrantlarından 162 ədədi ,kanalizasiya quyularından 1250 ədəddən 1150 ədədi hazıra kimi quraşdırılmışdır.
Yardımlı şəhərində yay mövsümündə suların azalmasını nəzərə alaraq Viləş çayının Yardımlı şəhəri ərazisindən keçən hissəsində bir neçə yerdə quyular qazılmış, həmin quyulara nasoslar quraşdırılmış və əhaliyə su verilişi təmin edilmişdir.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması, yolların asfalt və çınqıl örtüklə təmiri, ümumiyyətlə qış fəslində və yağışlı aylarda avtomobillərin hərəkətində ciddi çətinlik olan kənd yollarının çınqıllanması, hətta uzun illər boyu maşın yolu olmayan evlərə yolların çəkilməsi istiqamətində əsaslı işlər görülmüşdür.
Yardımlı–Deman-Arvana avtomobil yolunun 1-ci kilometrlik hissəsində, Yardımlı şəhəri ərazisində torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkətində çətinlik yaranmışdı. Qısa müddətdə uçmuş hissəyə böyük həcmdə torpaq tökülmüş və həmin hissədə 40 metr məsafədə, diametri 1,5 metr olan suötürücü qurğu quraşdırılmışdır. Son illərdə şəhər və kənd yollarında müxtəlif ölçülərdə quraşdırılmış suötürücülərin sayı təxminən 1000 ədədə yaxın olmuşdur. Nəzərinizə çatdırım ki, Alar və Ləzir kəndləri istisna olunmaqla, rayonun bütün yaşayış məntəqələrinə ilin istənilən fəslində rahatlıqla getmək mümkündür.
Kənd yollarının çınqıl örtüklə təmiri əsasən “51 nömrəli Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılmış, yağış sularının ötürülməsi üçün avtoqreyderlə küvetlər salınmışdır. Yardımlı-Masallı avtomobil yolunun bir neçə hissəsində sıradan çıxmış asfalt örtük təmir olunmuş, yola tökülən daşlar vaxtaşırı təmizlənmiş, leysan yağışları və güclü qar yağması zamanı rayonun bütün yolları torpaq və qardan təmizlənmişdir.
Rayonda son zamanlar əhalinin sahibkarlığa daha çox meyl etməsi, fiziki və hüquqi şəxslər tərəfindən sahibkarlığın bir sıra növləri ilə məşğul olması, yeni iş yerlərinin açılmasına, əksəriyyət əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olmuş və əhalidə kənd təsərrüfatının inkişaf etdirilməsinə maraq artmışdır. Əhali əvvəlki illərlə müqaisədə həyətyanı və pay torpaqlarından öz gündəlik tələbatları üçün daha da səmərəli istifadə etmişlər. Bu da daxili istehsalın inkişafına əhəmiyyətli tohfə olmuşdur.
Belə ki, 2016-cı ilin 6 ayı ərzində rayon üzrə 28 milyon 188 min manatlıq ümumi məhsul buraxılışı olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31%, 2003-cü illə müqayisədə 20,1 dəfə çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 1,9 dəfə, ötən illə müqayisədə 27% artaraq 211.5 manat olmuşdur. 376.1 min manatlıq sənaye, 10 milyon 606 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 10 milyon 325 min manatlıq ticarət, 652.3 min manatlıq nəqliyyat, 184.3 min manatlıq rabitə xidməti göstərilmiş, 6 milyon 043 min manatlıq tikinti işləri həyata keçirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 7 milyon 900 min manat olmuşdur ki, ondan 7 milyon 215 min 600 manat fiziki şəxslərin payına düşür. Ötən illə müqayisədə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,7% çoxdur.
Rayon üzrə 2016-ci ilin 6 ayında əsas kapitala yönəldilən investisiyaların həcmi 6 milyon 408 min 800 manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 17 dəfə çox, 2015-ci illin müvafiq dövrü ilə müqaisədə 5 milyon 4 min 700 manat və ya 4.6 dəfə çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 4,4 dəfə artaraq 285 manata çatmışdır. Əhalinin pul gəlirləri 2014-cü illə müqayisədə 1,2% artaraq 83 milyon 939 min manat olmuşdur.
2016-cı ilin I yarımilində 709 daimi yeni iş yerləri yaradılmışdır ki, onlardan 455-i fiziki, 254-ı isə hüquqi şəxslərdir. Bununla da 2003-2015-ci illərdə yeni müəssisələrin yaradılması hesabına rayon üzrə 5 min 100 yeni iş yerləri açılmışdır ki, onlardan da 3 min 384-i daimi iş yerləridir. Açılmış yeni iş yerləri əsasən tikinti, kənd təsərrüfatı, ticarət xidməti ilə məşğul olan müəssisələrin hesabına yaradılmışdır.
Rayonda mövcud əhalinin sayı 64 min 612 nəfər olmuşdur....