Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Sonra gündəlikdə olan Əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi, onların maddi-məşət şəraitinin yaxşılaşdırılması sahəsində Zevin, Aşağı Astanlı,Sırıq, Hamarkənd İƏD üzrə nümayəndəliklərinin gördüyü işlər və meşələrin qorunub saxlanması, yeni meşə zolaqlarının salınması sahəsində Meşələrin Mühafizəsi və bərpası müəssisəsinin gördüyü işlər barədə müzakirə aparıldı. Şurada şura üzvləri, ərazi nümayəndələri, idarə müəsissə və təşkilat rəhbərləri,KİV-nin nümayəndələri iştirak etdi.
Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi