Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda tütün yığımına başlanıldı.

03 avqust 2016 | 16:00

01 avqust 2016-cı ildən Yardımlı rayonunda tütün yığımına başlanılmışdır.Carı ilin aprel ayında 10 ha ərazidə əklimiş tütün sahəsindən hazırda 3 ha sahədən fermer indiyədək  6 tona yaxın yaş tütün yığmışdır. Yığılmış yaş tütün sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Məntəqədə “Adesco” şirkətinin istehsalı olan 3 ədəd  tütünqurutma kamerası quraşdırılıb. Hər kamera bir dəfəyə 6 ton yaş tütün qəbul edə bilir. Yaş tütünün qurudulması prosesi 6-7 gün çəkir.Yığılan məhsulun satış məsələsi də həll olunub. Şəki şəhərində fəaliyyət göstərən “İlham MMC” ilə bağlanmış müqaviləyə əsasən qurudulmuş tütün məhsulu müəssisəyə satılır.Uzun fasilədən sonra əkilmiş tütün sahələrindən bu il 45 ton məhsulun yığılması nəzərdə tutulub. 

Keçidlər