Yardımlı rayon icra hakimiyyətinin başçısı Telavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.
Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov avqust ayının 17-də rayonun Telavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə RİH Başçısı Ayaz Əsgərov, RPŞ-nin rəisi Arif Babayev, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri iştirak edirdi.
Əvvəlcə Telavar kənd icra nümayəndəsinin müavini Nurlan Rəsulov ərazi barədə qısa məlumat verdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, bildirmişdir ki, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbula toplaşmışıq. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Bildiyiniz kimi son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda görülən abadlıq-quruculuq işlərindən, həmçinin Telavar kəndində kənd yollarının təmiri, ümumilikdə kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
İcra başçısı sonda Telavar kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.