27 Sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib.
Sentyabrın 25-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı-Yardımlı avtomobil yolunun 50-ci kilometrliyinin kənarındakı sahədə ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 100 ədəd sərv ağacı əkilib.