Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib.

25 sentyabr 2026 | 15:32

Sentyabrın 25-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı-Yardımlı avtomobil yolunun 49-cu kilometrliyinin kənarındakı sahədə və Yardımlı şəhəri, V.Nəciyev küçəsində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və sahə əkin üçün hazır vəziyyətə gətirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 200 ədəd müxtəlif növ ağac əkilmişdir.

 

 

Keçidlər