Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Ərsilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.

28 sentyabr 2016 | 16:00

   Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov sentyabr ayının 28-də rayonun  Ərsilə  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə RİH Başçısı Ayaz Əsgərov, RPŞ-nin rəisi Arif Babayev,  idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
     Əvvəlcə Ərsilə kənd icra nümayəndəsi Divanxan Əliyev ərazi barədə qısa məlumat verdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, bildirmişdir ki, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbula toplaşmışıq. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Bildiyiniz kimi son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda  görülən abadlıq-quruculuq işlərindən və ümumilikdə  kəndlərdə sosial xidmətlərin  inkşaf etməsindən  ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
     İcra başçısı sonda Ərsilə kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
      Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər