Şriftin ölçüsü :

Saytın rəngi :

28 May-Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.

26 may 2023 | 16:09

Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-də 28 May-Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.

Dəyirmi masada Yardımlı RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, YAP Yardımlı rayon Təşkilatının sədri Anar Alışov, aparatın şöbə müdirləri,  idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Əfsanə Məmmədova bildirib ki, 28 May-Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. 28 May-Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Ə.Məmmədova qeyd edib ki,  müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 20-ci əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görməsi nəticəsində suverenliyini qoruyub saxlamağı bacardı. 

Çıxışlarda bildirilib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balans­laşdırılmış xarici siyasət nəticəsində şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə imza atmış və uzun müddət işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib.

Keçidlər