Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

13 oktyabr 2016 | 16:00

  13 oktyabr 2016-cı il tarixdə RİH-nin Akt zalında “2016-cı ilin 9 ayı ərzində Yardımlı rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələri barədə” hesabat məruzəsi müzakirə edilmişdir.

 Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  rayonumuzda 9 ay  ərzində tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb tikintisi, kommunal  yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi  və digər infrastruktur layihələrinin icrası həyata keçirilmişdir. 

May-iyun aylarında şəhərin Heydər Əliyev küçəsində 530 metr, 20 yanvar küçəsində 600 metr  uzunluğunda yolun üst hissəsində istinad divarları hörülmüş, 20 yanvar keçəsində yol genişləndirilərək eni  6-7 metrə çatdırılmışdır.  3 ədəd kommunal yaşayış binasının dam örtüyü dəyişdirilmişdir.
Kənd yaşayış məntəqələrində də inzibatı binaların tikintisi işləri davam etdirilmişdir. Rayonun Honuba-Şıxıar və Avaş kəndlərində həkim məntəqəsi inşa olunur və noyabr ayı ərzində istifadəyə veriləcəkdir. Zeynələzir kəndində isə 40 yerlik ibtidai məktəb  tikillərək istifadəyə verilmişdir.
Şəhid ailələri üçün, eləcə də fövqəladə vəziyyətdən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərin tikintisinə başlanılmışdır. Belə ki, hazırda iki şəhid ailəsi üçün - Horavar kənd sakini Bibixanım İsmayılova və Şəfəqli kənd sakini Əprüz Ağammədova  üçün sahəsi 110 m2, otaqların sayı 4 olan  birmərtəbəli müasir evlər inşa olunur. Digər şəhid ailələri üçün də fərdi yaşayış evlərinin tikintisinin daha da tezləşdirilməsi üçün Azərbaycan Respublikasının Baş nazirinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə rəsmi müraciət olunmuşdur.
Rayonda bizi narahat edən məsələlərdən biri, eyni zamanda, ən önəmlisi əksəriyyət rayondaxili-kəndlərarası yolların yararsız vəziyyətdə olması, çaylar üzərində bir neçə yerlərdə körpülərin salınması idi. Bu istiqamətdə aparılan tədbirlərin uğurlu icrası nəticəsində əksəriyyət kəndlərarası və kənddaxili yollar təmir edilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. 9 ay ərzində rayonun  7 kənd yaşayış məntəqəsində - Gendərə, Astanlı, Seporadi, Horonu, Şiləvəngə, Vərgədüz və Dəlləkli kəndlərində ümumi uzunluğu 33 km olan kənd yolları çınqıl örtüklə təmir edilmişdir.
Son illərdə rayonda, ümumilikdə, 210 km yol əsaslı təmir edilmiş və ya çınqıllanmış,  bundan 104 km-i asfalt, 106 km-i çınqıl örtüklüdür.  Hazırda Allar kənd yolu təmir olunur.
Əlavə olaraq Viləş çayı üzərində, Keçələkəran kəndinə gedən yolda yükgötürmə qabiliyyəti 30 ton olan körpü yenidən qurulmuşdur. Bildiyiniz kimi, bu ilin  aprel-may ayları ərzində rayonda yağışların normadan artıq yağması, eyni zamanda, leysan xarakterli olması Yardımlı şəhərində və  kəndlərdə bir çox problemlər yaratmışdı. Belə ki, şəhərin bir neçə küçəsində istinad divarlarını uçurmuş, qaz və elektrik təsərrüfatında qəzalar yaratmış, mərkəzi küçə tamamilə böyük miqdarda torpaq qatı ilə örtülmüşdü.  Teşkan kəndində, Ağ çay üzərində qurulmuş körpü uçmuş və əhalinin gəliş-gedişi tamamilə çətinləşmişdi. Tərəfimizdən görülən tədbirlər nəticəsində şəhər təsərrüfatına dəymiş ziyan qısa müddətdə aradan qaldırılmış və “Azəravtoyol” ASC-nin yaxından köməkliyi sayəsində Teşkan kəndində yükgötürmə qabiliyyəti 50 ton olan yeni körpü salınmışdır. Görülən işlərin nəticəsində rayon ərazisində avtomobillərin normal gəliş-gedişi təmin olunmuşdur.Əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmış və bu istiqamətdə işlər davam etdirilmişdir. Bildiyiniz kimi, hazırda Yardımlı şəhərinə ümumi uzunluğu 72 km su və  45 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi 70 km su xətti, 39 km kanalizasiya xətti çəkilmişdir.  Nəzərdə tutulmuş 10 ədəd su anbarından 9-da və çirkab sutəmizləyici qurğusunda inşaat işləri davam etdirilir.
    Kəndlərə də içməli su çəkilişi uğurla davam etmişdir. “Sineyir” adlanan ərazidən çəkilən su xətti Yolocaq kəndinə qədər aparılmışdır. Tamamilə sudan əziyyət çəkən, əhalisinin sayı 500 nəfər olan Vərov  kəndinə içməli su xətti çəkilərək istifadəyə verilmişdir. Susuz kəndlərdən biri, əhalisinin sayı 1400 nəfər olan Yolocaq kəndinə içməli su xətti çəkilmiş, hazırda kənddə əhaliyə suyun paylanması üçün həcmi 50 m2  olan su anbarı inşa olunur. Yaxın günlərdə kənd sakinləri su ilə təmin olunacaqlar. 
Ölkə Prezidentinin sərərəncamı ilə, əhalisinin sayı 1000 nəfər olan Urakəran və əhalinin sayı 1600 nəfər olan Zevin kəndlərinin hər birində bir artezyan quyu qazılmışdır və texniki işlər başa çatdırılmadığı üçün  əhalinin istifadəsinə verilməmişdir.
   Bu müddətdə yaşayış məntəqələrinin qazlaşması işləri də davam etmiş, qaz abonentlərinn sayı  2 min 353-ü əhali olmaqla, 3 min 372 abonentə çatdırmışdır. Hazırda, əhalisinin sayı 1500 nəfər, abonentlərinin 246 olan Vərgədüz kəndinə təbii qaz çəkilişi üçün işlər yekunlaşmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.  Bununla da yaşayış məntəqələri üzrə qazlaşma 13%, abonentlər üzrə 31% olacaqdır. Qış fəslində hər hansı bir qəzanın baş verməməsi üçün xətlərdə təmir işləri başa çatdırılmışdır.
Rayon elektrik şəbəkəsi də istehlakçıların elektrik enerjisi ilə təmini üçün lazımi tədbirləri gücləndirmişdir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə şəbəkəyə 1000-ə yaxın elektrik dayaqları daxil olmuş və xətlərdə təmir işləri aparılmış, sıradan çıxmış elektrik transformatorları yenisi ilə əvəz olunmuş, eyni zamanda, 10 ədəd tam müasir transformator quraşdırılmışdır. Elektrik şəbəkəsində abonentlərinin sayı 8 min 146-sı əhali abonenti olmaqla,  8 min 645 abonentə xidmət edir.
Masallı -Yeni Yardımlı 35 kv-luq ikidövrəlı elektrik verilişi xətlərində, “Yel Bərəsi” adlanan ərazidə ara məsafələr qısaldılaraq dayanıqlıq təmin edilmişdir.
Bilirsiniz ki, rayonda ən qəzalı xətlər Allar və Şıxhüseyinli kəndlərini qədalandıran elektrik xətləri idi. Bu məqsədlə bu kəndlərdə elektrik təsərrüfatının kompleks yenidən  qurulması işinə başlanılmışdır. Solqard kəndindən Allar kəndi istiqamətində bütün  10 KV-luq dayaqlar, eləcə də hər iki kənddaxili dayaqlar dəyişdirilmiş və elektrik xətləri SİP kabellə əvəz olunur, işlər bu yaxınlarda yekunlaşacaqdır……
Məruzə ətrafında müzakirələrdə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov, rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə, REŞ-nin rəisi Məharət Əkbərov  və Kənd təsərrüfatı idarəsinin müdiri Fəxrəddin İsmayılov  çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.
     Tədbirin yekununda rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tərəvəzçiliyin,  üzümçülüyün və taxılçılığın inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışaraq qeyd etmişdir ki, torpaqlardan səmərəli istifadə üçün yollar axtarılmalı, qışa hazırlıq işləri sürətləndirlilməlidir.


 
 

Keçidlər