Şriftin ölçüsü :

Saytın rəngi :

Vərgədüz kəndinə təbii qaz verildi.

18 oktyabr 2016 | 16:00

    18 oktyabr  2016-cı il tarixdə saat 12:00-da 246 abonetdən ibarət olan rayonun  Vərgədüz kəndinə təbii qazın verilməsi ilə bağlı  tədbir   keçirildi.
    Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açaraq ələmətdar hadisə münasibətilə sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
   Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
    Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rafayıl Novruzov əlamətdar hadisə münasibətilə kənd sakinlərinə  təbriklərini çatdırdı.
     Sonda rəmzi məşəl alovlandırıldı.

Keçidlər