Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
18 oktyabr 2016 | 16:00
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Şurada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamından irəli gələn məsələnin icrası haqqında, rayon təsil şöbəsi gördüyü işlər barədə hesabat verdi.Şurada şura üzvləri, ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak etdi. Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi