Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Ostayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.

30 noyabr 2016 | 16:00

      Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov noyabr ayının 30-da rayonun  Ostayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə RİH Başçısı Ayaz Əsgərov,  RPŞ-nin rəisi  Arif Babayev, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
     Əvvəlcə Ostayır kənd icra nümayəndəsi Əlisa Səlimov ərazi barədə qısa məlumat verdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, bildirmişdir ki, bu gün  növbəti yerlərdəki səyyar görüş-qəbula toplaşmışıq. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Bildiyiniz kimi son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
      İcra başçısı sonda Ostayır kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.

    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər