Şriftin ölçüsü :

Saytın rəngi :

Avaş kənd ərazi icra nümayəndəsinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

26 yanvar 2017 | 16:00

 Rayon icra hakimiyyəti başçısının Avaş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
   Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirdi ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhranın daha da dərinləşməsinə, risklərin və təhlükələrin artmasına baxmayaraq, Azərbaycan 2016-cı ildə də uğurlu inkişaf tempini saxlaya bilmişdir. Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün möhkəm zəmin yaratmışdır. Məhz bunun nəticəsində geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
Sonra hesabat yığıncağında məruzə ilə çıxış edən Avaş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ə. Əliyev  qeyd etmişdir ki, Avaş kənd inzibati ərazi dairəsi, mərkəzi Avaş kəndi olmaqla  4yaşayış məntəqəsini : Avaş, Abasallı, Deman.və.Qarovuldaş.kəndlərini.əhatə.edir. Ərazinin ümumi sahəsi 1061 ha, əhalisinin sayı 1253,  təsərüfatların sayı  252,   yaşayış evlərinin sayı isə 180 -dir . Vətəndaşlarımızın 688 nəfəri əmək qabiliyyətlidir. Onlarda 57 nəfəri müxtəlif idarə və təşkilatlarda işləyir. Qalan hissəsi isə kənd təsərrüfatı işləri ilə məşğul olur. Avaş kəndininin torpaq sahəsi 939,6 hektardır. Bunun 113.7 ha xüsusi mülkiyyətdə olan pay torpaqları, 602,1 ha bələdiyyə torpaqları, 31 ha ehtiyyat fondu,299 ha örüş,5ha heyvandarlıq və əkinçilik üçün ayrılmış torpaqlardır.Sakinlərimiz əməksevər insanlardır. Onlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Pay  torpaqlarımızın  böyük bir  hissəsi  ərazimizdən 3-4  km  uzaqda   olması  və  eyni  zamanda , yay  mövsümündə  suyun  olmaması  və qış  mövsümündə  maşınların    gedə  bilməməsi  nəticəsində   kənd  əhalisi həmin  torpaqlardan  əkin  sahəsi kimi  istifadə  edə  bilmirlər.  Bu  sahələrdən  yalnız  otlaq və biçənək  sahəsi  kimi. istifadə. olunur.Sualtı münbit torpaqlarımızın az olmasına  baxmayaraq insanlar onlara verilmiş pay torpaqlarından maksimum səviyyədə səmərəli istifadə edirlər. Özlərinin ehtiyaclarını əkinçilikdən və heyvandarlıqdan gələn gəlirlər hesabına təşkil edirlər. 2017-ci ilin yanvar ayının 1-nə aparılmış uçota əsasən hal-hazırda ərazimizdə iri buynuzluların sayı 802 başa,xırda buynuzluların sayı isə 2333 başa çatdırılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli böyük rəqəmdir. Ərazidə ciddi önəm verdiyimiz sahələrdən biri də sahibkarlığın inkişafıdır. Hal -hazırda ərazidə 5 nəfər sahibkar heyvandarlıqla, 3 nəfər isə əkinçiliklə məşğul olur. Həmin təsərrüfatlarda 6 ailənin 15 nəfər üzvü çalışır. 25 illik fasilədən sonra ilk dəfə olaraq Deman ərazisində 10 ha sahədə tütün əkilmiş, 55 ton yaş tütün toplanmış və qurutma sexində qurudulmuşdur. Qurudulmuş halda 8 ton tütün istehsal olunmuşdur. 2016-cı ildə ərazidə 171 ha sahədə payızlıq buğda, 4 ha sahədə payızlıq arpa əkini, 20 ha sahədə arpa,11 ha sahədə buğda,11 ha sahədə noxud,2 ha sahədə mərci,15 ha sahədə kartof , 4 ha sahədə çuğundur, 5 ha sahədə müxtəlif tərəvəz bitkiləri,10 ha sahədə tütün olmaqla 78 ha sahədə yaz əkini aparılmışdır. Ümumilikdə adı çəkilən məhsulların əkilib becərilməsində 100 nəfərə yaxın  adam iştirak etmiş və onlara 29 min manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə dərman və müxtəlif bitkilərin toplanıb təhvil verilməsi üçün də sakinlərə hər cür şərait yaradılmışdır....
              Yığıncaqda məruzə və çıxışlarda səsləndirilən tənqidi qeyd və təkliflərin icrası ilə bağlı müvafiq qərar qəbul edildi.   Sonunda  kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

       

                     

Keçidlər